Dost

Çox gərgin idi, üzündən narahatlıq yağırdı. Nə baş verdiyini soruşanda dedi: "Axşam uşaqlarla kəşfiyyata getmişdik. Qayıdanda Maşallah Əzizi[1] minaya düşüb şəhid oldu. İraqlılar atəş açdıqlarına görə biz də qayıtmağa məcbur qaldıq”. Narahatlığının səbəbini anladım. Hava qaralanda getdi və gecənin yarısı sevinclə qayıtdı. Dayanmadan qışqırırdı: "Həkim! Həkim! Tez gəl, Maşallah sağdır". Uşaqlar sevinib Maşallahı təcili-yardım maşınına qoydular. İbrahim isə bir tərəfdə fikirli oturmuşdu. Mən də yanında oturdum. – Nə fikirləşirsən? Bir qədər sükut etdi. – Maşallah iraqlıların səngərinin yanında minaya düşmüşdü, mən gedəndə isə orada deyildi. Onu bir qədər geridə tapdım, düşməndən uzaqda, təhlükəsiz yerdə. Oturub məni gözləyirdi.

***

Ayağımdan çoxlu qan axmış, bədənim keyimişdi. İraqlılar əmin idilər ki, sağ deyiləm. Qəribə halda idim, yalnız dodaqaltı deyirdim: "Ya Sahibəzzaman! İmdada yet!" Hava qaralmışdı. Nurlu bir gənc başım üstə gəldi. Gözlərimi çətinliklə açdım. Məni yavaşca qaldırıb minalanmış sahədən çıxardı və təhlükəsiz bir yerdə yavaşca yerə qoydu. Mən ağrı hiss etmirdim. O ağa mənimlə çox söhbət etdi və sonra buyurdu: "Bir nəfər gəlib səni xilas edəcək. O, bizim dostumuzdur". Az sonra İbrahim həmişəki vüqarı ilə göründü. Məni çiyninə atıb yola düşdü. O nurlu gənc İbrahimi öz dostu adlandırmışdı. Xoş onun halına! Bu sözləri Maşallah Gilanqərb cəbhəsinə dair xatirələrində yazırdı.

***

Maşallah Gilanqərbin ixlaslı və təqvalı müəllimlərindən idi. O, müharibənin ilk günündən sonuna qədər cəsarətlə döyüşdü, bütün əməliyyatlarda iştirak etdi və müharibədən sonra avtomobil qəzasında şəhid dostlarına qovuşdu.

 

 

[1] Müharibə əlili Maşallah Əzizi Gilanqərb şəhərinin ixlaslı və təqvalı müəllimlərindən idi. Onun əlillik əhvalatı haqda Vüsal kitabında məlumat verilmişdir.

Comments (0)

Rated 0 out of 5 based on 0 voters
There are no comments posted here yet

Leave your comments

  1. Posting comment as a guest. Sign up or login to your account.
Rate this post:
Attachments (0 / 3)
Share Your Location